Türkiyə Xarici İşlər Nazirliyi Ərdoğanın Astanada Putinlə görüşmək niyyətini təsdiqləyib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Astanada Rusiya lideri Vladimir Putinlə görüşəcək.



TASS xəbər verir ki, danışıqlar aparmaq niyyətini Türkiyənin xarici işlər naziri Hakan Fidan təsdiqləyib.

“Yaxın günlərdə yəqin ki, cənab prezident Qazaxıstanda cənab Putinlə görüşəcək”, - deyə Fidan bildirib.

Xarici işlər naziri Türkiyənin Rusiya liderinin səfərini gözlədiyini də bildirib. Fidanın sözlərinə görə, Putinin Türkiyəyə səfəri dövlət başçılarının qarşıdakı görüşündə müzakirə oluna bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu