Hakan Fidan Putinlə görüşüb
Türkiyə Xarici işlər naziri Hakan Fidan BRİCS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində keçirilən BRİCS sessiyasında iştirak etdiyi Rusiyada Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin X sosial media hesabında məlumat verilib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, qəbul zamanı Fidan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Putinə çatdırıb.
Kremldən verilən məlumata görə, Putin xarici işlər naziri Hakan Fidanı Kreml sarayında qəbul edib.