Fidan: “İran prezidentinin Ərdoğanla görüşünü gözləyirik”
İran prezidenti İbrahim Rəisinin yaxın günlərdə Türkiyəyə rəsmi səfəri gözlənilir.
AFN.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə Tehranda keçirdiyi birgə mətbuat konfransında deyib.
“Əməkdaşlıq Şurasının ən yüksək səviyyədə səkkizinci iclası münasibətilə cənab Rəisinin Türkiyəyə səfərini gözləyirik. İnşallah, Rəisi prezidentimizlə görüşəcək”, - xarici siyasət idarəsinin rəhbəri bildirib.