Bakıda Türkiyə və İran XİN başçıları arasında görüş keçiriləcək


Bakıda Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş keçiriləcək.


Görüşdə nazirlər iki ölkə arasındakı münasibətləri və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

Bundan əlavə, Türkiyə XİN başçısının digər ölkələrdən olan həmkarları ilə də görüşləri baş tutacaq.

Qeyd edək ki, Hakan Fidan və Hüseyn Əmir Abdullahian Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu