Pakistanda həddindən artıq istilər nəticəsində 29 nəfər ölüb
Pakistanın Sind əyalətinin Kəraçi şəhərində həddindən artıq istilər səbəbindən 29 nəfərin öldüyü bildirilib.
"Dawn" qəzetinin xəbərinə görə, ölkədəki yardım təşkilatlarının rəsmiləri son 3 gündə həddindən artıq istilər nəticəsində həyatını itirən 29 nəfərin cəsədinin Kəraçi şəhərinin müxtəlif yerlərində tapıldığını açıqlayıb.
Yüzlərlə insanın şəhərdəki xəstəxanalara aparıldığı bildirilib.