Almaniyada 2,8 milyard avro dəyərində mağaza oğurluğu baş verib


Almaniyada pərakəndə satıcılar mağazalardan oğurluqla bağlı problemlə üzləşirlər.


EHI Pərakəndə İnstitutunun araşdırmasına görə, oğrular keçən il pərakəndə satıcılardan 2,8 milyard avro dəyərində mal oğurlayıblar.

Belə ki, ötən il Almaniyada pərakəndə satıcıların oğurluqdan dəymiş ziyanı əvvəlki ilə nisbətən 15 faiz çox olub. Paralel olaraq ərzaq və geyim ticarəti ilə yanaşı, apteklərdə də oğurluqda artım müşahidə olunub.

“Xüsusilə mütəşəkkil və kommersiya dükanlarının oğurluğu son illərdə pərakəndə satış şirkətlərinin böyük itkilərə məruz qalmasına səbəb olub”, - deyə araşdırma hesabatında bildirilir.

Alkoqollu içkilər, tütün, kosmetika, ülgüclər, enerji içkiləri, uşaq qidaları, ət, kolbasa, pendir və qəhvə supermarketlərdə oğruların xüsusilə "bəyəndiyi" məhsul qrupları arasındadır.

Araşdırmaya görə, oğruların ən azı dörddə biri quldur qruplarında işləyərkən tutulub.

EHI Pərakəndə Ticarət İnstitutunun İnventar Fərqləri və Təhlükəsizlik Araşdırmaları Departamentinin rəhbəri Frank Horst məsələni dəyərləndirərkən deyib: “Bir çox məhsullarda qiymət artımı səbəbindən bəzi insanlar maliyyə çətinliyi ilə üzləşib və tez-tez mağazalardan oğurluq ediblər".

Pərakəndə satış sektorunda ixtisaslı kadr qıtlığının olduğunu bildirən Horst, "Hazırda bir çox mağazada daha az işçi çalışır. Bu, oğruların işini asanlaşdırır. Kadrların olması dolayısı ilə oğurluğun qarşısını alır" - deyə bildirib.

Digər tərəfdən, xidmət şirkətlərinin müştəriləri, işçiləri, tədarükçüləri və personalı tərəfindən oğurluq kimi təşkilati çatışmazlıqlar, məsələn, yanlış qiymətlər nəticəsində yaranan itkiləri ifadə edən inventar uyğunsuzluqları keçən il əvvəlki ilə nisbətən 5 faiz artaraq 4,8 milyard avroya çatıb.

Araşdırma bu vəziyyətin təxminən 560 milyon avro satış vergisi itkisinə səbəb olduğunu ortaya qoyur.

Bu arada, polis qeydlərinə görə, mağazadan oğurluq hadisələri keçən il bir əvvəlki ilə görə yüzdə 23,6 artaraq 426 min 96 hadisəyə çatdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu