Arif Məmmədovun ölüm səbəbi açıqlandı


Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədovun ölüm səbəbi müəyyənləşib.



Qaynarinfo-nun əldəetdiyi məlumata görə, Arif Məmmədov hər iki ağ ciyərinin zədələnməsi (Pnevmaniya) səbəbindən dünyasını dəyişib.



Azərbaycan Karate-do Federasiyasının prezidenti, dünya və Avropa çempionu Arif Məmmədov iyul ayının əvvəlində rəhbərlik etdiyi komanda ilə Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Open" beynəlxalq karate turnirinə yollanıb. İyul ayının 8-də qaldığı oteldə komaya düşüb və xəstəxanaya yerləşdirilib. 4 gün əvvəl Gürcüstandan Türkiyənin Trabzon şəhərindəki xəstəxanalardan birinə aparılıb və qardaş ölkədə dünyasını dəyişib.



Arif Məmmədovun nəşi sabah Azərbaycana gətiriləcək və doğulub böyüdüyü Gəncə şəhərində dəfn ediləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu