Koronavirusa yoluxan Arif İsmayılbəyli komaya düşdü
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müavini Arif İsmayılbəylinin həyat yoldaşı Mərziyyə xanım COVID-19-dan dünyasını dəyişib.
AFN xəbər verir ki, bu barədə VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb.
O qeyd edib ki, sədr müavini A.İsmayılbəyli də koronavirus infeksiyasına yoluxub və hazırda komadadır: "Hazırda Arif bəy özü virusla mübarizə aparır. Allahdan Arif bəyə şəfa diləyir, tezliklə bu virusa qalib gəlib, aramıza dönməsini arzu edirik".
Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.