"Araz-Naxçıvan" - "Omoniya" oyununun hakimləri açıqlandı

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu çexiyalı hakimlər idarə edəcəklər.
Görüşün baş hakimi FIFA referisi Ondrey Berka olacaq.
Ona Ovan Nadvornik və Yan Vana köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək.
VAR-da Tomas Kocourek, AVAR-da isə Miroslav Zelinka əyləşəcək.