İngiltərədə 5 baş naziri devirən Larri pişik hələ də "iş başındadır"


İngiltərə baş nazirinin iqamətgahının yerləşdiyi Douning Street 10-un sakinləri 5 dəfə dəyişsə də, iqamətgahın pişiyi Larri hələ də işini davam etdirir.



İqamətgahda siçan ovlamaq üçün sahiblənən Larri pişik beş fərqli Britaniya baş naziri görüb.

2011-ci ildə canlı yayım zamanı Baş Nazirlik binasının qapısından siçan keçərkən görünəndən sonra Londondakı Battersea Heyvanlar Qoruğundan sahiblənilən Larri "vəzifə"yə gətirilib.

2007-ci ildə anadan olan və 17 yaşdan yuxarı olduğu güman edilən Larri 10 ildən artıqdır ki, Douning Street 10 və onun ətrafında yaşayır.

Bəzən içəridə, bəzən də çöldə görünən Larri evin “siçan məsulu” kimi də tanınır.

Larri 1989-cu ildə Marqaret Tetçerin hakimiyyəti dövründə baş nazirin iqamətgahında gəzərkən sahiblənilən və 1997-ci ildə təqaüdə çıxan küçə pişiyi Humpreydən sonra bu vəzifəni tutan ilk pişikdir.

İngiltərədə keçirilən seçkilər nəticəsində baş nazir növbəti dəfə dəyişib.

Cümə günü Larri pişiyin son ev yoldaşı, İşçi Partiyasının lideri Keir Starmer seçkilərdə böyük qələbə qazanaraq vəzifəyə başlayıb.

Baş nazirliyin rəsmi internet saytında pişiyi tanıdan rəsmi tərcümeyi-halına görə, Larri siçan tutmaq qabiliyyətinə görə seçilib.

Baş nazirin iqamətgahı və ofisinin tarixində ilk dəfə "Baş siçan ustası" adı verilən pişik də Larri olaraq qeyd edilib.

Siyasi analitiklər deyirlər ki, Larri baş nazirin ictimaiyyətlə ünsiyyətində mühüm rol oynayıb və 10 nömrəli Dauninqi ictimaiyyətə yaxınlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu