Fikrət Məmmədovun qızı YAP-ın siyahısında parlamentə gedir


1 sentyabrda keçiriləcək seçkilərdə çoxlu sayda tanınmış şəxsin övladı namizədliyini verəcək. Bu barədə həm namizədlərin şəxsi açıqlamalarında məlumat verilib, həm də YAP-ın siyahısında belə adları görmək olar.


AFN.az xəbər verir ki, hakim partiyanın siyahısında yer alan daha bir tanınmış şəxsin övladı keçmiş ədliyyə naziri Fikrət Məmmədovun qızıdır. Belə ki, Nigar Məmmədova hakim partiyanın siyahısında 48 saylı Abşeron birinci seçki dairəsindən namizəd kimi irəli sürülüb. N.Məmmədovanın adı bizə həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri kimi tanışdır. O, bu vəzifəyə ötən ilin sentyabrından təyin edilib.
AFN.az-a məlumat verən mənbə bildirir ki, Fikrət Məmmədov ədliyyə naziri vəzifəsindən çıxarıldıqdan sonra N.Məmmədovanın da ƏƏSMN-də tutduğu rəhbər vəzifədə qalıb-qalmayacağı sual altına düşüb. "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi”nin xanım direktoru bu təhlükəni hiss etdiyi üçün əlacı deputatlıqda görüb: “Ona yaşıl işıq yandırılıb artıq. Hər nə qədər vəzifədə olmasa da, Fikrət Məmmədovun hakim partiyada, hakimiyyət daxilində nüfuzu yüksəkdir. Bu səbəbdən də qızının YAP-ın siyahısında olması təəccüblü deyil. Ümumilikdə götürəndə, Nigar Məmmədovanı uğurlu kadr hesab etmək olar. Gənc yaşlarından müxtəlif vəzifələrdə çalışıb, təcrübəlidir. Ümid edək ki, parlamentə düşsə, aktiv deputat olacaq, seçicilərinə qarşı laqeyd olmayacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu