"Kontakt Home"un sahibinin adı YAP-ın siyahısında yoxdur


Məlum olduğu kimi, bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib və hakim partiyanın seçkidə dəstəkləyəcəyi namizədlərin adları müəyyənləşib.


AFN.az xəbər verir ki, indiyədək YAP-ın siyahısında parlamentə düşən bəzi biznesmen deputatların adları budəfəki siyahıda əksini tapmayıb. Bunlardan biri də VI çağırış Milli Məclisdə 17 saylı Yasamal üçüncü seçki dairəsini təmsil edən Elnur Allahverdiyevdir. E.Allahverdiyev həm də "Kontakt Home"un rəhbəridir. Bu haqda mediada kifayət qədər məlumatlar yer alıb və təkzib edilməyib.

Yeni siyahıda E.Allahverdiyevdən başqa Cavid Osmanov, Əliabbas Salahzadə, İqbal Məmmədov, Elşad Mirbəşirlinin də adının olmadığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu