Vergi idarəsi ilə MKTB arasında 2,2 milyonluq qalmaqal


Suraxanı Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə (MKTB) 2 241 770,17 manat vergi borcu yazılıb.


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, MKTB bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini məhkəməyə verib.

Lakin MKTB-nin iddiasını təmin edilməyib. Qurum apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Cahangir Yusifov iş üzrə hakim təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu