AAYDA-ya tabeli şirkətə 100 minə yaxın vergi borcu yazılıb - İş məhkəmədədir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən "10 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin külli miqdarda vergi borcu yaranıb.


Qaynarinfo-nun araşdırması nəticəsində məlum olub ki, hazırda MMC-nin vergi borcu 99 712,85 manatdır.

Lakin MMC bu məbləğlı razılaşmır. Bu baxımdan, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsini məhkəməyə verib.

İddiaya Bakı İnzibati Məhkəməsində baxılacaq. Tural Məlikov iş üzrə hakim təyin edilib.

"10 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC 1998-ci ildən fəaliyyət göstərir. MMC-nin nizamnamə kapitalı 1 505 600 manatdır. Şirkətin direktoru isə Araz Bəndəliyevdir.

O, bundan əvvəl "14 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru olub.

Araz Bəndəliyev cari ilin fevral ayında "Tərəqqi” medalı ilə təltif edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu