Obama Kamala Harrisi dəstəkləyəcək


ABŞ-ın keçmiş prezidenti Barak Obama və xanımı Mişel Obama noyabrın 5-də keçiriləcək seçkilərdə prezident Co Baydenin yarışdan çəkilməsindən sonra Demokratlar Partiyasının namizədi olmuş vitse-prezident Kamala Harrisi dəstəklədiklərini açıqlayıblar.



Obama həyat yoldaşı Mişel Obama və Harrislə birgə telefon danışığının videosunu sosial media hesabında paylaşıb.

Keçmiş prezident Obama “Mişel və mən sizə bildirmək üçün zəng edirik ki, sizi dəstəkləməkdən qürur duyarıq və bu seçkidə qalib gəlməyinizə və Oval Ofisə daxil olmanıza kömək etmək üçün əlimizdən gələni edəcəyik” deyib.

Mişel Obama da Harrislə fəxr etdiyini bildirib və bunun tarixi hadisə olacağını deyib.

Kamala Harris X hesabında Obamalara cavab olaraq “Sizin dəstəyinizi almaq mənim üçün çox vacibdir” təşəkkür edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu