Obama: "İsrailin hərbi strategiyası əks nəticə verə bilər"


ABŞ-ın keçmiş prezidenti Barak Obama xəbərdarlıq edib ki, İsrailin Fələstin-İsrail münaqişəsi ilə bağlı mülki şəxslərə təhdidlərə məhəl qoymayan hərbi strategiyası əks nəticə verə bilər.



ABŞ-ın keçmiş prezidenti Barak Obama, Medium platformasında verdiyi açıqlamada, İsrailin "özünümüdafiə haqqına" sahib olduğunu ifadə edərək, "Ancaq bütün dünya bölgədəki prosesləri yaxından izləyir. İnsan itkiləri nəticədə əks nəticə verə bilər” bildirib.

Qəzzaya edilən bombardmanlarda minlərlə fələstinlinin həyatını itirdiyinə diqqət çəkən Obama, "Əksəriyyəti uşaq idi. Yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qaldı" fikrini bölüşüb.

Obama İsrail hökumətinin Qəzza siyasətini də tənqid edib və deyib:

“İsrail hökumətinin mühasirədə olan mülki əhaliyə qida, elektrik və suyun verilməsini kəsmək qərarı təkcə pisləşən humanitar böhranı gücləndirmir, həm də gələcək nəsillər üçün Fələstinin münasibətini daha da sərtləşdirə, İsrailə qlobal dəstəyi sarsıda bilər. Bu, sülh və sabitliyə nail olmaq üçün çoxdankı səyləri poza bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu