Obamanın aşpazı avar çəkərkən dünyasını dəyişib


ABŞ-ın keçmiş prezidenti Barak Obama dövründə Ağ Evdə aşpaz köməkçisi işləyən və daha sonra Obama ailəsinə xidmət edən Tafari Kempbell avar çəkərkən dünyasını dəyişib.


NBC News-un xəbərinə görə, Massaçusets əyalət polisindən verilən açıqlamada Kempbellin Obama ailəsinin Martha's Vineyard adasındakı dövlət iqamətgahı yaxınlığında paddle boarding zamanı öldüyü bildirilib.

Açıqlamada iyulun 23-də axşam saatlarında yoxa çıxdığı bildirilən 45 yaşlı Kempbellin cansız cəsədinin avar çəkdiyi gölün sahilindən təxminən 30 metr aralıda 2,5 metr dərinlikdə dalğıclar tərəfindən tapıldığı paylaşılıb.

Açıqlamada bildirilib ki, bir şahid Kempbellin avar çəkərkən suya düşdüyünü və səthdə qalmaq üçün mübarizə apararkən boğulduğunu bildirib.

Hadisədən sonra verdiyi yazılı açıqlamada Obama və həyat yoldaşı, Ağ Evdən ayrıldıqdan sonra Obama ailəsi üçün işə başlayan Kempbelli ailənin sevilən üzvü kimi qiymətləndiriblər.

Kempbellin yaradıcı aşpaz olduğunu və onu istiqanlı, gülməli və qeyri-adi dərəcədə mehriban bir insan kimi tanıdıqlarını bildirən cütlük bu ağrılı itkiyə görə dərin hüzn yaşadıqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu