Yəhya Sinvar İsraillə atəşkəs barədə danışıqlar aparmaq istəyir


Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvar Qəzza zolağında müharibəyə son qoymaq üçün İsraillə atəşkəs sazişi bağlamaq istəyir.


Bu barədə Türkiyənin hökumətyönlü “Hürriyet” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, bu barədə İsrailə Misir və Qətərdən olan vasitəçilər məlumat verib. Nışr qeyd edir ki, rəsmi Ankara Qəzzada atəşkəslə bağlı razılığın əldə edilməsinin müəyyən səbəblərə görə mümkün olduğuna inanır. Amerikalılar da atəşkəsdə israrlı və maraqlıdırlar.

Qəzetin yazdığına görə, HƏMAS danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirir.

Avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayaraq, İsrail və HƏMAS-ı avqustun 15-də Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar. Vasitəçilər həmçinin ABŞ prezidenti Co Baydenin irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi ilə dəstəklənən prinsiplərə əsaslanan yekun saziş layihəsini təqdim etməyə hazır olduqlarını açıqlayıblar. Vasitəçilərin bəyanatının dərcindən bir saat sonra İsrail hakimiyyəti avqustun 15-də danışıqlarda iştirak etmək üçün nümayəndə heyətini göndərməyə hazır olduğunu bildirib. Avqustun 11-də HƏMAS vasitəçiləri Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsi üçün konkret plan təqdim etməyə və İsraili onu yerinə yetirməyə məcbur etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu