Yəhya Sinvar HƏMAS siyasi bürosunun rəhbəri seçilib


HƏMAS hərəkatının Qəzza zolağındakı lideri Yəhya Sinvar təşkilatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib.


AFN.az xəbər verir ki, bununla bağlı hərəkatın bəyanatında bildirilib. HƏMAS-ın Telegram kanalında dərc olunan bəyanatda qeyd edilir ki, HƏMAS Siyasi Bürosunun rəhbəri vəzifəsinə Yəhya Sinvar seçilib.

Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ötən həftə Tehranda öldürülüb. Ondan sonra bu vəzifə yeri boş qalmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu