HƏMAS İsraillə sülh sazişinin imzalanması üçün şərtləri açıqlayıb


HƏMAS İsraillə sülh sazişini yalnız daimi atəşkəs olacağı təqdirdə imzalayacaq.


Bu şərti danışıqları aparan mənbələrə istinadən "The Wall Street Journal" açıqlayıb.

“HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar ərəb vasitəçilərə yalnız İsrailin daimi atəşkəsə əməl edəcəyi təqdirdə sülh sazişi ilə razılaşacağını bildirib”, - deyə nəşr yazır.

"The Wall Street Journal" Sinvarın İsrailin münaqişəni həll etmək planını şərh edərkən vasitəçilərə göndərdiyi bəyanatın mətninə də istinad edib. Hərəkatın lideri bildirib ki, HƏMAS silahlarını təhvil verməyəcək və belə bir təklifi imzalamayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu