Kosovoda ümumi seçkilərin vaxtı açıqlanıb


Kosovo fevralın 9-da seçkiyə getməyə hazırlaşır.



Kosovo prezidenti Vjosa Osmani sosial media hesabındakı paylaşımında siyasi partiyalar və Mərkəzi Seçki Komissiyası ilə məsləhətləşmələrdən sonra ümumi seçkilərin 9 fevral 2025-ci ildə keçiriləcəyini bildirib.

Digər tərəfdən, ölkədə son ümumi seçkilər 2021-ci ilin fevralında keçirilib və Baş nazir Albin Kurtinin "Vetevendosje" partiyası səslərin 50 faizindən çoxunu toplayıb. Kurtinin rəhbərlik etdiyi hökumət 22 mart 2021-ci ildə etimad səsverməsi ilə vəzifəyə başlayıb. Kurti hökuməti fevralın 9-na kimi vəzifədə qalsa, bu, 4 illik səlahiyyət müddətini başa vuran ilk hökumət olacaq.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu