Pakistanda X-ə giriş məhdudlaşdırılıb


Pakistanda fevralın 8-də keçirilən seçkilərin nəticələrinə etirazlar davam edərkən, ölkə daxilində X sosial media platformasına giriş məhdudlaşdırılıb.


Qlobal internetə çıxışı izləyən Londonda yerləşən "Netblocks" veb-saytı sosial media hesabında paylaşdığı yazıda Pakistanda X-ə girişdə fasilə olduğunu bildirib.

Sosial şəbəkələrdə X-a girişin məhdudlaşdırılmasına minlərlə insan reaksiya verib.

Pakistanda saxlanılan keçmiş baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatı (PTI) 8 Fevral seçkilərində saxtakarlıq edildiyini əsas gətirərək ölkə daxilində etiraz aksiyaları təşkil edir.

PTI seçkilərdə birinci partiya kimi meydana çıxsa da, bir çox dairələrdə səslərin oğurlandığını və rəqib partiyaların namizədlərinə keçdiyini iddia edir. Bəzi siyasi partiyalar da səslərinin oğurlandığını iddia edirlər.

Pakistan Seçki Komissiyası fevralın 8-də fevralın 11-də keçirilmiş Milli Məclis və əyalət məclislərinə seçkilərin nəticələrini açıqlayıb.

Rəsmi nəticələrə görə, PTI-nin dəstəklədiyi müstəqil deputatlar seçkiləri birinci, keçmiş baş nazir Nəvaz Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) isə ikinci yerdə başa vurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu