Pakistanda siyasi partiya tərəfdarları arasında toqquşmada 1 nəfər ölüb


Pakistanın Kəraçi şəhərində siyasi partiya tərəfdarları arasında baş verən qarşıdurmada 1 nəfər ölüb, 1 nəfər yaralanıb.



Geo News televiziyasında yer alan xəbərə görə, Kəraçinin Nazimabad bölgəsində Pakistan Xalq Partiyası (PPP) ilə Birləşmiş Xalq Hərəkatı Partiyasının (MQM-P) tərəfdarları arasında münaqişə baş verib.

PPP ilə MQM-P tərəfdarları arasında baş verən qarşıdurmada 1 nəfər başından güllə yarası alaraq dünyasını dəyişib, 1 nəfər isə yaralanıb.

Hadisələr zamanı ərazidə olan 2 avtomobil şəxsiyyəti hələlik müəyyən edilməyən şəxslər tərəfindən yandırılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə iki qrupun bir-birinə stul atdığı görülüb.

Pakistanda fevralın 8-də keçiriləcək ümumi seçkilər ərəfəsində siyasi partiya tərəfdarları arasında gərginlik artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu