Pezeşkian: Əxlaq polisi artıq qadınları narahat etməyəcək


İranın yeni prezidenti Məsud Pezeşkian deyib ki, əxlaq polisi bundan sonra hicab tələbi ilə bağlı qadınları narahat etməyəcək.



Birləşmiş Millətlər Təşkilatı (BMT) keçən həftə xəbərdarlıq etmişdi ki, İranda qadınlar ciddi geyim qaydalarını pozduqlarına görə hələ də ciddi cəzalandırılırlar.

İyul ayında keçirilən prezident seçkilərində qalib gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında danışan Pezeşkian, bir qadın jurnalistin polis maşınlarından qaçmaq üçün yolunu dəyişdiyini izah etdikdən sonra polisin hələ də küçələrdə olub-olmadığını soruşub. Saçları azca görünən baş örtüyü taxan jurnalist polisin küçələrdə olduğunu bildirib.
Pezeşkian cavabında "Əxlaq polisi qadınlara qarışmamalıdır. Mən vəziyyəti izləyəcəm ki, qadınları narahat etməsinlər" deyib.

22 yaşlı Məhsa Əmininin vəfatının ikinci ildönümünə təsadüf edən iclasdakı bu çıxış İran İslam Respublikasının Xəbər Şəbəkəsi də daxil olmaqla bir çox əsas telekanallarda yayımlanıb və sosial şəbəkələrdə yayılıb.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu