İranda əxlaq polisi yalnız xəbərdarlıq edəcək


İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Yaqub Rizazadə ölkədə məcburi hicab pozuntusu ilə mübarizə çərçivəsində yenidən patrul fəaliyyətinə başlayan əxlaq polisinin yalnız xəbərdarlıq edəcəyini və artıq heç bir həbsdən söhbət getməyəcəyini bildirib.


Məcburi hicabla bağlı əxlaq polisinin praktikasının mahiyyətindən danışan Rızazadə deyib:

"Hicab pozuntusu ilə mübarizədə mədəniyyət bölmələri öz rolunu oynamalıdır. Ona görə də polis patrulları artıq əvvəlki kimi deyil. Onlar xəbərdarlıq patrul xidməti olacaq, onları nəzarətə götürməyəcəklər. Küçədə dayanan polis mikroavtobuslarından da yalnız xəbərdarlıq məqsədilə istifadə olunacaq.Çünki bundan sonra onlar daha çox mədəni-kütləvi işlərə cəlb olunacaq və heç kimi həbs etməyəcəklər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu