İranda hicab yoxlamaları ilə bağlı reydlərin davam edəcəyi açıqlanıb


İran Polis İdarəsinin komandir müavini general Kasım Rızayi ölkədə məcburi hicabları yenidən yoxlamağa başlayan “İrşad patrulları” praktikasının davam edəcəyini bildirib.


İran mediasının məlumatına görə, İran lideri Əli Xameneinin Qəzvin əyalətindəki nümayəndəsi Ayətullah Əbdülkerim Abidini ilə görüşən Rizayi əxlaq polisinin “İrşad patrulları” adlı hicab yoxlamalarına yenidən başlamasını dəyərləndirib.

Məsələnin onlar üçün “qırmızı xətt” olduğunu ifadə edən Rızayi bildirib ki, bu məsələyə məsuliyyətlə baxırlar: "Patrullarımızın yerləşdirilməsi müvəqqəti olmayacaq, çünki hər halda ailənin dəyərlərini və təməllərini qorumaq lazımdır. Araşdırmamızın əsas məqsədi şifahi xəbərdarlıqdır. Statistikaya görə, hicab qaydasını pozanların 50 faizi vəziyyətin acınacaqlı olmasından xəbərsiz olsalar da, onlara vəziyyət izah ediləndə üzr istəyir və qaydaya əməl edirlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu