İranda rejim geri addım atdı: on minlərlə məhbus əfv edildi


İranın ali dini lideri Ayətullah Əli Xamenei hökumət əleyhinə nümayişlərdə iştirak edənlər də daxil olmaqla, on minlərlə insanı əhatə edən əfv qərarı qəbul edib.


AFN.az xəbər verir ki, İran dövlət mediası Xamneyinin əfvinin şərti olduğunu açıqlayıb. Amnistiya 1979-cu il İran İslam İnqilabının ildönümündən əvvəl verilib.

İranda hökumət əleyhinə etirazlar ötən ilin yayında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölməsinın ardınca başlayıb.

İnsan haqları qrupları 70-i uşaq olmaqla 500-dən çox etirazçının öldürüldüyünü, 20 mindən çoxunun isə həbs edildiyini bildirir. Həbs edilən etirazçıların asılmağa başlamasından sonra ölkədə etirazlar kəskin şəkildə səngiyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu