“Yalı Çapkını”nın villası rekord qiymətə satışda


Türkiyədə böyük maraqla izlənilən “Yalı Çapkını” serialının çəkildiyi Şevkət Paşa villası satışa çıxarılıb.


“Qafqazinfo” “TGRT Haber”ə istinadən xəbər verir ki, serialın çəkilişi üçün 600 min (30 min manat) lirəyə kirayə verilən malikanə 1 milyard 250 milyon lirəyə (6 mln 237 min 500 manat) satışdadır.

Malikanə “Boğaz”ın ən dəbdəbəli tikililəri arasındadır. 40 il əvvəl tikilmiş villada 14 otaq var.

Elandakı detallara görə, 2380 kvadratmetr ərazisi olan malikanənin ümumi sahəsi 1985 kvadratmetr, xalis sahəsi isə 1670 kvadratmetrdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu