Serdar Ortaçın villası satılır! - FOTOLAR


Məşhur müğənni Serdar Ortaçın 8 otaqlı, 4 qonaq otağı və 4 hamamı olan möhtəşəm villasının satışa çıxarıldığı iddia edilib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni İstinyedəki evini satışa çıxarıb. İstinyedə 750 kvadratmetr, 8 otaq, 4 qonaq və 4 vanna otağı olduğu bilinən evini satmaq üçün hərəkətə keçən Serdar Ortaç 82 milyon TL istəyir.

Müğənni izləyicilərinə "Avropa Yaxasından köçürəm. Beykozda, Kavacıkda, Kanlıcada dənizkənarı malikanə ola bilər. Qarşı tərəfdə satılan kirayə yeri varsa xəbər verin" - deyə müraciət edib.

Serdar Ortaç 2016-cı ildə keçmiş həyat yoldaşı Chloe ilə yaşamaq üçün İstinyedəki əkiz villasını 15 milyon TL-yə alıb və bunun üçün uzun illər hər ay 120 min TL ödəyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu