Hulusi Akar Ermənistanla bağlı xüsusi nümayəndə ilə görüşdü


Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ermənistanla münasibətlərin normallaşması üçün ölkəsi tərəfindən təyin edilən xüsusi nümayəndə Serdar Kılıçla görüşüb.


Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Türkiyə və Ermənistan iki ölkə arasında münasibətlərin normallaşması üçün qarşılıqlı xüsusi nümayəndələr təyin ediblər. Sözügedən xüsusi nümayəndələr Türkiyə tərəfindən ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistan tərəfindən isə parlamentin vitse-spikeri Ruben Rubinyandır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu