Hülya Avşar, Yıldız Tilbe və onlarla məşhurun adı mülkiyyət qalmaqalında


Türkiyədə torpaq mülkiyyəti idarəsi 136 məşhur sənətçinin mülkiyyəti barədə məlumatı maklerlərə satıb.


AFN Türkiyə mediasına istinadən xəbər verir ki, aralarında tanınmış aktyorların da olduğu 136 nəfər məşhur şəxs barəsində məlumat Fatih torpaq mülkiyyəti idarəsinin iki isçisi tərəfindən əldə edilərək, digər şəxslərə ötürülüb. Belə ki, idarənin iki vəzifəli şəxsi sorğu verib məşhurların daşınmaz əmlakı və qeydiyyat ünvanı barədə məlumatı əldə edərək, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan maklerlərə ötürüb.
Prokurorluq cinayəti törətməkdə şübhəli bilinən iki vəzifəli şəxs barəsində "şəxsi məlumatların qanunsuz əldə olunması" maddəsi ilə cinayət işi açıb və hər iki şəxsə 6 il azadlıqdan məhrum etmə cəzazı iddiasını irəli sürüb.
Haqqında qeyri-qanuni araşdırma aparılan məşhurların bəzilərinin adları mediaya məlum olub. Siyahını təqdim edirik: İrem Sak, Simge Sağın, Bensu Soral, Burcu Biricik, Mazhar Alanson, Serdar Ortaç, Bade İşcil, Yasmin Erbil, Serenay Sarıkaya, Berrak Tüzünataç, Hülya Avşar, Yıldız Tilbe, Engin Altan Düzyatan, Şeyma Subaşı ve Sinem Kobal.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu