Vyetnamda bir evin bünövrəsindən kütləvi əsgər məzarı tapılıb


Vyetnamın Gia Lai əyalətində evin bünövrəsi üzərində aparılan işlər zamanı 32 əsgərin kütləvi məzarlığı tapılıb.



"VN Express" xəbər saytının məlumatına görə, Gia Lai əyalətində bir evin bünövrəsinin qazılması zamanı çoxlu sümük parçaları aşkar edən ev sahibi səlahiyyətlilərlə əlaqə saxlayıb.

Gia Lai əyalət hərbi komandanlığı kütləvi məzarlıqda tapılan 32 insan qalıqlarının Vyetnam əsgərlərinə aid olduğunu təsdiqləsə də, əsgərlərin hansı müharibədə həlak olduğunun hələ müəyyən edilmədiyini açıqlayıb.

Bölgəyə ezam olunmuş istintaq qrupu evin bünövrəsindən sümük qalıqları ilə yanaşı düymələr, qablar, rezin ayaqqabı altlığı və güllələr də aşkarlayıb. İstintaq qrupu bölgədə aparılan qazıntı işlərini genişləndirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu