Dondurucunun buzxanasında 13 nəfərin meyit parçaları tapılıb


Meksikanın Verakruz əyalətində iki evin dondurucularında ilkin təsbitlərə görə 13 nəfərə aid olduğu deyilən bədən hissələri tapılıb.


Meksikanın Verakruz əyalətinin prokuroru insan qaçaqmalçıları tərəfindən istifadə edildiyi bildirilən iki evin dondurucusunda 13 nəfərin cəsəd hissələrinin tapıldığını bildirib.

Baş prokuror Veronika Hernandez əməliyyat zamanı tapılan cəsəd hissələri haqqında danışarkən təəssüflə qeyd edib ki, 13-dən çox cəsəddən söhbət gedə bilər. "Tanınma prosesindən sonra say arta bilər" - deyə baş prokuror qeyd edib.

Rəsmilər hadisə ilə bağlı 6 nəfərin həbs edildiyini, istintaqın davam etdiyini deyiblər.

Verakruz qubernatoru Cutlahuac Garsia deyib ki, qətllərə rəqib dəstələr arasındakı münaqişə səbəb olmuş ola bilər. Garsianın sözlərinə görə, "çete" müharibəsi rəqib "çete" üzvlərinin uşaqlarının qaçırılması və potensial olaraq öldürülməsi ilə bağlı olur. Buna baxmayaraq, qubernatoq bunu tapılan donmuş bədən hissələri ilə birbaşa əlaqələndirməyib.

Meksikada adam oğurluğu ilə məşğul olan dəstələrin çox vaxt qurbanlarının cəsədlərini heç bir iz buraxmadan çətin tapılan qəbirlərdə basdırdıqları məlum olub.

Qeydlərdə ölkədə 110 mindən çox insan "itkin düşmüş" hesab edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu