Meksikada bir evdə 5 kişi meyiti tapılıb
Meksikanın Verakruz əyalətində bir evdə silahlı hücum nəticəsində həlak olan 5 nəfərin cəsədi tapılıb.
Meksika mətbuatında yer alan xəbərə görə, Emiliano Sapata qəsəbəsindəki evdə tapança ilə öldürülən 5 nəfərin cəsədi tapılıb. Xəbər üzərinə hadisə yerinə gələn polis və sağlamlıq qrupları cəsədlərin 5 kişiyə aid olduğunu açıqlayıb. Həmin şəxslərin meyitləri şəxsiyyətlərinin müəyyən edilməsi üçün Məhkəmə Tibb Mərkəzinə aparılıb.
Hadisə ilə bağlı təhqiqat başlansa da, hücumun qruplaşmanın qarşıdurması nəticəsində baş verdiyi ehtimal edilir.