Ekvadorda yük maşını kuzasında 7 nəfərin cəsədi tapılıb


Cənubi Amerika ölkəsi Ekvadorun Orellana əyalətində yük maşınının kuzasında 7 nəfərin cəsədi tapılıb.



Milli mətbuatda yer alan xəbərə görə, əyalətin Joya de los Sachas qəsəbəsində məlumat üzərinə yük maşınının kuzasında axtarış aparan polis 7 nəfərin cəsədini tapıb.

Araşdırmalar nəticəsində sözügedən şəxslərin güllələnərək öldürüldüyü müəyyən edilib.

Orellana ştatının polis rəisi Henri Koral açıqlamasında məsuliyyət daşıyanların tutulması üçün genişmiqyaslı əməliyyatların aparılacağını bildirib.

Dövlət prokurorluğu da hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu