Kolumbiyada kütləvi məzarlıqda 1086 nəfərin cəsədi tapılıb
Kolumbiyanın Şimali Santander inzibati bölgəsindəki kütləvi məzarlıqda torbalara yığılmış 1086 nəfərin qalıqları tapılıb.
Ölkə mətbuatında yer alan xəbərə görə, Kukuta şəhərinin mərkəzi qəbiristanlığında qazıntı aparan səlahiyyətlilər, kütləvi məzarlıq aşkar ediblər.
Araşdırmalar zamanı 4 min torbanın içərisində 1086 nəfərin qalıqlarının olduğu müəyyən edilib.
İtkin Şəxslərin Axtarış Bölməsi (UBPD) və Xüsusi Sülh Yurisdiksiyası (JEP) tərəfindən verilən açıqlamada, tapılan insan qalıqlarının çox güman ki, münaqişə dövründə yoxa çıxan insanlara aid olduğu qeyd edilib.
JEP-in hakimi Maria del Pilar Valensiya açıqlamasında vəziyyətin dəhşətli olduğunu və hərtərəfli araşdırma tələb olunduğunu bildirib.