Netanyahu nazirləri ilə təhlükəsizlik görüşü keçirir
İsrailin baş naziri Benyamin Netanyahunun gündəlik iş qrafikində olmayan nazirləri ilə təhlükəsizlik görüşü keçirdiyi bildirilib.
"Times of Israel" qəzetində çıxan xəbərdə Netanyahunun kabinetindəki bəzi nazirlərlə görüşmək qərarına gəldiyi bildirilib.
Netanyahunun gündəlik cədvəlinə daxil edilməyən görüş zamanı təhlükəsizlik qiymətləndirməsi aparıldığı bildirilib.
Qeyd olunub ki, görüşlə əlaqədar strateji işlər naziri Ron Dermerin İsraildə səfərdə olan Fransa xarici işlər naziri Jan-Noel Barrot ilə görüşü son anda təxirə salınıb.
Xəbərdə Netanyahunun təhlükəsizlik qiymətləndirməsi toplantısının İsrailin İrana qarşı mümkün cavab tədbirləri gündəmdə olduğu bir vaxtda keçirildiyi diqqətə çatdırılıb.
Mənbə: AA