Netanyahu müharibə kabinetini ləğv etdi


İsrailin baş naziri Benyamin Netanyahunun müharibə kabinetini ləğv etdiyi açıqlanıb.



Reuters xəbər agentliyinin İsrail rəsmisinə əsaslanaraq verdiyi xəbərə görə, Netanyahu 7 oktyabr hücumlarının başlaması ilə qurulan altı nəfərlik müharibə kabineti ləğv edib.

Qeyd edilir ki, qərar Qantz və Eyzenkotun iyunun 9-da kabineti tərk etdiklərini elan etdikdən sonra verilib.

Bu hadisələrdən sonra Netanyahu koalisiyasının ifrat sağçı tərəfdaşları olan maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin müharibə kabinetinə daxil edilməsi tələbləri ilə üzləşib.

Bu addımın ABŞ da daxil olmaqla İsrailin beynəlxalq tərəfdaşları ilə gərginliyi artıracağı gözlənilir.

Hazırda Netanyahunun müdafiə naziri Yoav Gallant və strateji işlər naziri Ron Dermer də daxil olmaqla bir qrup siyasətçi ilə danışıqlara başlayacağı təxmin edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu