Netanyahu: “Hizbullah"ın müharibəyə qoşulmasının dəhşətli nəticələri olacaq”


“Hizbullah"ın müharibəyə qoşulmasının dəhşətli nəticələri olacaq”.



Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, "Hizbullah" müharibəyə qoşulmaq barədə qərar verərsə, səhv etmiş olacaq: “Nəticədə "Hizbullah" peşman olacaq”.

B.Netenyahu söyləyib ki, bu halda "Hizbullah" dəhşətli dağıntılara məruz qalacaq.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu