Türkiyə İsraillə bütün enerji müqavilələrini dayandırır


Türkiyə İsraillə bütün enerji müqavilələrini dayandırır.


“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bundan başqa, Türkiyənin energetika naziri Alparslan Bayraktarın Təl-Əvivə səfəri ləğv olunub.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İsrailə səfərinin ləğv edildiyini açıqlamışdı.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu