Harris: Trampın ABŞ prezidenti olması ciddi nəticələrə səbəb olacaq
ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris iddia edib ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yenidən prezident seçilərsə, bunun son dərəcə ciddi nəticələri olacaq.
Harris ABŞ-ın Viskonsin ştatında verdiyi açıqlamada ABŞ-ın keçmiş prezidenti Trampın qeyri-ciddi adam olduğunu iddia edib: “Əgər Donald Tramp prezident olsaydı, Vladimir Putin Kiyevdə oturardı”.
Harris deyib ki, Tramp heyran olduğu və güclü gördüyü insanları sevindirmək istəyir.
Harris Trampın pandemiya dövründə şəxsi istifadəsi üçün Putinə gizli şəkildə Covid-19 testləri göndərdiyini də söyləyib.
Trampın "Rusiya-Ukrayna müharibəsini bir gündə həll edəcəyi" iddiasına toxunan Harris amerikalıların ABŞ prezidentinin belə bir məsələni təslim olmaq yolu ilə həll etməli olduğunu düşünmədiklərini deyib..
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərini bütün dünyanın izlədiyini deyən Harris ABŞ-ın müttəfiqlərinin seçkilərdən narahat olduğunu bildirib.
Mənbə: AA