Trampın Harrislə bağlı nalayiq ifadələri narazılıq yaradır


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Demokratlar Partiyasından prezidentliyə namizəd Kəmalə Harrislə bağlı açıqlamalarında dəfələrlə şəxsi olaraq söyüşdən istifadə edib.


Bu barədə "New York Times" məlumatlı mənbələrdən məlumat verib.

Nəşrin həmsöhbətlərindən ikisi Trampın Harrisi bir neçə dəfə söydüyünü eşitdiklərini iddia edir. Başqa bir mənbə isə ABŞ-ın keçmiş prezidentinin sui-qəsd cəhdindən sonra daha mehriban olmaqdan imtina etdiyini bildirib. Nəşr etiraf edir ki, keçmiş dövlət başçısının əsəbiliyi yaxın müttəfiqlərinin onunla manipulyasiya etmək üçün yaxşı zəmin yarada bilər.

Tramp daha əvvəl demişdi ki, Harris səriştəsizliyini gizlətmək üçün müsahibə vermir. Siyasətçi vurğulayıb ki, Demokrat Partiyasının namizədi qalib gəlsə, Amerika məhv olacaq. Həmçinin avqust ayında ABŞ-ın keçmiş prezidenti Harrisin seçdiyi tarixlə bağlı debatda iştirakdan imtina etməsini onun aşağı IQ səviyyəsi ilə əlaqələndirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu