COP29 ərəfəsində dövlətin turizm strategiyası müzakirə edilib


Odlar Yurdu Universiteti və "Skal İnternational Baku" klubunun birgə təşkilatçılığı ilə "COP29-un turizm üfüqləri" başlığı altında praktik konfrans keçirilib.


Konfransdan öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə gül qoyaraq xatirəsini yad ediblər. Daha sonra Azərbaycanın Dövlət Himninin səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.
İki paneldən ibarət olan tədbirin 1-ci hissəsi COP29 ərəfəsində dövlətin turizm strategiyası və assosiativ əməkdaşlıq, 2-ci hissədə isə "Beynəlxalq arenada turizm əlaqələrinin genişlənməsində Azərbaycan modeli" mövzusuna həsr olunub.
Milli Məclisin deputatı, millət vəkili, professor Samir Vəliyev və "Skal İnternational Baku" klubunun prezidenti Ceyhun Aşurovun çıxışlarından sonra tədbir panellər üzrə davam etdirilib.
Qeyd edək ki, konfransda Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA), Azərbaycan Blogerlər Assosiasiyası, Azərbaycan Ekoturizm Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının rəhbərləri və nümayəndələri, "Skal Baku" klubunun aktiv üzvləri, Odlar Yurdu Universitetin rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak edib.
Konfransda turizm peşəkarları müzakirə edilən mövzulara dair fikirlər səsləndirib, hər panelin sonunda tələbələrin sualları müzakirə edilib.
Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.









FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu