“Skal İnternational Baku”nun 25-ci toplantısı keçiriləcək


Martın 1-də “Skal İnternational Baku”nun (Azərbaycan Turizm Peşəkarları Assosiasiyası) 25-ci toplantısı keçiriləcək.

AFN.az xəbər verir ki, “Turizmdə perspektivlər” mövzusunda müzakirələrin aparılacağı tədbir “Divan Express Baku Hotel”də gerçəkləşəcək. Toplantıda hazırda dünya turizmində aparılan post-pandemiya tədbirləri, bunun Azərbaycan turizminə təsirləri, bundan sonrakı dönəmdə “Skal İnternational Baku”nun atacağı addımlar, “Şuşa İli” çərçivəsində görüləcək işlər və s. istiqamətdə görüləcək işlər də müzakirə mövzusu olacaq.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu