Bakıda Samsun şəhər Ticarət Evinin dəstəyi ilə sağlamlıq turizminə həsr olunmuş toplantı keçiriləcək - FOTO


Türkiyənin tanınmış turizm mərkəzlərindən olan Samsunda Şəhər Turizm Tanıtma və İnkişaf Etdirmə Koordinasiya Şurasının sağlamlıq turizmi mövzusuna həsr edilmiş toplantısı keçirilib.


AFN.az xəbər verir ki, Samsun valisi Dos.Dr.Zülkif Dağlının sədrliyi ilə baş tutan toplantıda Azərbaycanla sağlamlıq turizmi sahəsində müştərək layihələrin həyata keçirilməsi məsələsi də müzakirə edilib. Toplantıda həmçinin yaxın zamanda Bakıda Samsun şəhər Ticarət Evinin dəstəyi və sağlamlıq turizmi nümayəndələrinin iştirakı ilə geniş tərkibli toplantının keçirilməsi qərara alınıb.
Daha sonra Samsun vilayəti sağlıq müdürü Dr.Muhammet Ali Oruc Azərbaycan İş Adamları Dərnəyi tərəfindən Azərbaycan-Samsun əlaqələrinə dəstəyinə görə Samsun valisi Dos.Dr.Zülkif Dağlıya verilmiş təşəkkür plaketini təqdim edib.
Qeyd edək ki, Azərbaycan bir müddət əvvəl Türkiyənin Samsun şəhərində keçirilən "Samsun İkiztepe Sağlık Zirvesi" konfransında geniş nümayəndə heyəti ilə təmsil olunub. Səfər çərçivəsində Azərbaycanı təmsil edən nümayəndə heyətinə daxil olan Azərbaycan Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev, “Skal İnternational” Turizm Peşəkarları Təçkilatının Bakı klubunun rəhbəri Ceyhun Aşurov və digər şəxslər Samsun vilayəti sağlıq müdürü Dr.Muhammet Ali Orucla görüşüb. Görüşdə sağlamlıq turizmi sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, iki qardaş ölkə arasında həkim mübadilələri, təbliğat və digər mövzulardan danışılıb. Dr.Muhammet Ali Oruç bildirib ki, Bakıdan Samsuna birbaşa aviareyslərin açılması sağlamlıq turizmi sahəsində əlaqələrin daha da genişlənməsinə imkan yaradar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu