Turizmçilərimiz beynəlxalq tədbirdə iştirak ediblər


Türkiyənin ən böyük turizm platforması olan TTİ İzmir "Beynəlxalq Turizm Sərgisi və Konqresi" 17-ci dəfə baş tutub.


AFN.az xəbər verir ki, TTİ İzmir 2023-cü ildə sektorun qabaqcıl mütəxəssislərini 17-ci dəfə bir araya gətirərək sektor imkanlarını təqdim etməyə davam edib. Ünsiyyət və iş əlaqələri qurmağın ən sürətli və etibarlı yolu olan TTI İzmir, 7-9 dekabr tarixdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında İZFAŞ və "TÜRSAB FUARCILIK A.Ş" şirkətinin əməkdaşlığı ilə keçirilib.

Azərbaycanı tədbirdə Azərbaycan Sağlamlıq Turizmi və Termal Turizmə Dəstək Assosiasiyasının, Skal Turizm Peşəkarlar Təşkilatının ("Skal Baku") rəhbərliyi, sağlamlıq turizmi ilə məşğul olan şirkətlər təmsil edib. "Skal Baku"nun prezidenti Ceyhun Aşurov saytımıza açıqlamasında bildirib ki, tədbir çərçivəsində həm Türkiyədən, həm də digər ölkələrdən olan turizmçilərlə görüşlər keçirilib. Bu görüşlər zamanı həm Azərbaycanın, həm də digər ölkələrin mövcud sağlamlıq turizm potensialı qarşılıqlı təqdim edilib.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu