Almaniya qış hazırlıqları üçün Ukraynaya 200 milyon avro ayıracaq
Almaniya qarşıdan gələn qış aylarına hazırlıq üçün Ukraynaya əlavə 200 milyon avro yardım edəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə səfəri zamanı deyib.
Onun sözlərinə görə, vəsait Almaniya Xarici İşlər Nazirliyi tərəfindən ayrılan təcili humanitar yardımın artırılmasına yönəldiləcək ki, cəbhə xəttinə yaxın və enerji təchizatı olmayan evlər də yanacaq ala bilsin və ukraynalılar lazım olan hər şeylə təchiz olunsunlar.
Əlavə humanitar yardım, enerji sektoruna dəstək deyil, qış dövründə əhaliyə təcili yardımın göstərilməsi tədbirlərinə aiddir.
Berbok Kiyevə səfəri zamanı ukraynalı həmkarı Andrey Sibiqa ilə danışıqlar aparıb.