Almaniyanın xarici işlər naziri Kiyevə gedib


Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə səfər edib. O, Polşadan gecə qatarı ilə Ukraynanın paytaxtına gəlib.


AFN.az-ın məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

"Təxminən min gündür ki, Putinin müharibəsi ukraynalıların gündəlik həyatını sarsıdıb, lakin onların cəsarətini və azad Ukraynada təhlükəsiz həyata ümidini yox", - deyə Berbok bildirib.

Nazir qeyd edib ki, Kiyev Şimali Koreyanın silah yardımı və Rusiyanın mülki infrastruktura kütləvi aviazərbələri nəticəsində müharibə şiddətlənib. Bu vəziyyətdə üçüncü qışına girən Ukraynanın sağ qalması üçün dəstəyə ehtiyacı var.

“Biz bu qəddarlığa insanlığımız və dəstəyimizlə qarşıyıq ki, ukraynalılar təkcə qışdan sağ çıxa bilsinlər. Çünki onlar Avropada bizim hamımızın azadlığını da qoruyurlar”, - deyə Berbok bildirib.

Almaniya XİN başçısının Ukrayna prezidenti Vladimir Zelenski və ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşü gözlənir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu