Putin Şimali Koreyaya şir və qonur ayı hədiyyə edib

Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya şir və qonur ayı da daxil olmaqla 70-dən çox heyvan hədiyyə edib.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Putin hədiyyəni Şimali Koreya lideri Kim Çen Ina göndərib.
Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov 70-dən çox heyvanın olduğu hədiyyəni yük təyyarəsi ilə Pxenyana gətirib.
Heyvanlar arasında bir şir, iki qrizli ayı, iki yak, beş kakadu, bir neçə qırqovul və mandarin ördəyi var.
Nazir Kozlov paytaxt Pxenyana səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla da görüşüb.