Moldova “Qazprom”a borcunu ödəməkdən imtina edib
Moldova "Qazprom"a olan borcunu ödəmək fikrində deyil.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, respublikanın baş naziri Dorin Recan korporasiya nümayəndələrinin səsləndirdiyi 709 milyon dollarlıq borcun qaytarılmasına qarşı çıxıb.
“Qazprom" növbəti tədarükləri mövcud olmayan borcun ödənilməsi ilə şərtləndirməyə çalışır. Biz bu borcu ödəməyə hazırlaşmırıq”.
"Qazprom"un verdiyi açıqlamada bildirilir ki, şirkətin 2021-ci ildə Moldovaya qaz tədarükü ilə bağlı müqaviləni uzatmağa razılaşdığı əsas şərtlərdən biri yanacağa görə borcun ödənilməsi və vaxtında ödənişlər olub. Keçən ilin sentyabrında Moldova hökuməti Rusiya holdinqinə 8,6 milyon dollar ödəməyi, qalanını isə silməyi təklif edib.
Dorin Recan bildirib ki, müqaviləyə əsasən, "Qazprom" qazı respublika sərhədlərinə alternativ marşrutla çatdırmalı və əlavə xərcləri özü çəkməlidir.